Bu gün bütün muzeylərə giriş pulsuzdur

13:17 | 18.04.2014
Bu gün bütün muzeylərə giriş pulsuzdur

Bu gün bütün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərdə, mədəniyyət mərkəzlərində, qoruqlarda “Açıq qapı” günüdür.
 
ANNET.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzləri, muzey və qoruqlara Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar giriş pulsuz olacaq.
 
Həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli Ermitaj muzeyinə virtual ekskursiya təşkil ediləcək.
 
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 aprel tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. 
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM