Bu gün “Cahandar ağa” ilə vida mərasimi keçiriləcək - VİDEO

09:27 | 14.07.2014
Bu gün “Cahandar ağa” ilə vida mərasimi keçiriləcək - VİDEO

Bu gün “Cahandar ağa” ilə vida mərasimi keçiriləcək - VİDEO

Xalq artisti Ələdddin Abbasov Gəncədəki fəxri xiyabanda dəfn olunacaqAzərbaycanın xalq artisti məşhur “Dəli Kür” filminin “Cahandar ağa” rolunun ifaçısı Ələdddin Abbasov ilə bu gün vida mərasimi keçiriləcək.ANS TV-nin məlumatın görə, Ələddin Abbasov ömrünün 92-ci ilində Gəncədə, yaşadığı evdə dünyasını dəyişdi. Ailə üzvlərinin sözlərinə görə, onun son bir neçə ildə ayaqlarında problemi olsa da səhhəti ilə bağlı başqa ciddi narahatlığı olmayıb. Məşhur aktyor öz əcəli ilə vəfat edib. 3 övlad atası olan Ələddin Abbasov ömrünün son illərini də həyat yoldaşı ilə birgə yaşayıb. Tanınmış aktyr və rejissorlar, o cümlədən onun səhnə yoldaşları xalq artistnin ölümündən sarsılıblar.Bu gün Gəncə Dövlət Dram Teatrında saat 11-dən 13-dək Ələddin Abbasovla vida mərasimi keçiriləcək. Xalq artisti Gəncədəki fəxri xiyabanda dəfn olunacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM