Bu gündən bu yoldan keçən 40 manat cərimələnəcək

15:32 | 29.05.2015
Bu gündən bu yoldan keçən 40 manat cərimələnəcək

Bu gündən bu yoldan keçən 40 manat cərimələnəcək

I Avropa Oyunları ilə əlaqədar xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyuldu

Bu gündən Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, bu gündən artıq nəzarət gücləndirilib.

Onun sözlərinə görə, artıq paytaxt yollarında bir sıra yol hərəkəti qaydaları dəyişdirilib.

Avtomobillərin xüsusi icazə hərəkəti istiqamətindən çıxmaları ciddi qayda pozuntusu kimi qiymətləndiriləcək. "Düzdür, ayrılan sarı xətti keçən sürücü yol polisi tərəfindən həmin dəqiqə saxlanılmaya bilər. Lakin hər bir hərəkət müşahidə kameraları vasitəsilə çəkilir. Sonradən həmin sürücünün ünvanına cərimə göndərilir. Ayrılmış xüsusi zolağı keçən sürücü 40 manat cərimə olunacaq".

Bundan başqa, tədbirdə bildirilib ki, avtomobillərin park edilməsi üçün xüsusi qaydalar tətbiq olunub. Həmin qaydalara əməl etməyən sürücülər ciddi şəkildə cəzalandırılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb