Bu ilin birinci yarısında "Şahdəniz" layihəsinə xərclənən vəsait açıqlandı

18:43 | 22.08.2016
Bu ilin birinci yarısında

Bu ilin birinci yarısında "Şahdəniz" layihəsinə xərclənən vəsait açıqlandı

Bu ilin birinci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və təqribən 1,87 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, birinci yarımildə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirib. Həmin dövr ərzində yataqdan 5,4 milyard standart kubmetr qaz və 1,3 milyon ton (təqribən 10 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir. 

"2016-cı ilin birinci yarısında Şahdəniz Mərhələ 1 üçün dörd qaz hasilatı quyusunun (SDA09, SDA10, SDA11 və SDA12) üst seksiyaları qazılıb. Hal-hazırda SDA09 quyusunda qazma əməliyyatları davam edir. İstiqlal qazma qurğusu iyun ayında sertifikasiya və irihəcmli yenidənqurma işlərini bitirdikdən sonra tərsanədən Şahdənizin şimal cinahına yaxın dayazsulu əraziyə gətirilib. Burada yatağın şimal cinahında quyu tamamlama əməliyyatlarına başlamaq üçün qurğunun üzərində istismara vermə və hazırlıq işləri aparılır. Heydər Əliyev qazma qurğusu SDG02 və SDG04 quyularının 10 düymlük kəmər quyruğunadək olan seksiyalarını və həmçinin SDG03 quyusunu son dərinliyinə qədər qazıb. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək" - deyə məlumatda qeyd olunub.
 
Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb