Bu ilin sonuna qədər Qarabağa 5 mindən çox ailə köçürüləcək

11:37 | 15.03.2024
Bu ilin sonuna qədər Qarabağa 5 mindən çox ailə köçürüləcək

Bu ilin sonuna qədər Qarabağa 5 mindən çox ailə köçürüləcək

2024-cü ilin sonuna qədər 25 yaşayış məntəqəsi üzrə Qarabağa 5171 ailənin köçürülməsi nəzərdə tutulub. Bunu baş nazir martın 15-də Milli Məclisdə 2023-cü ilin hesabatını təqdim edərkən deyib. 
 
Bundan əvvəl Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, 2026-ci ilə qədər Qarabağa 16 min ailə köçürüləcək.
 
Bundan əvvəl Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilin birinci rübündə Şuşaya ilk köç baş tutacaq. 
 
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub. 
 
Gülnar Nazimqızı 


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM