Bu kəndlərə ilk dəfə qaz verildi

18:14 | 07.10.2016
Bu kəndlərə ilk dəfə qaz verildi

Bu kəndlərə ilk dəfə qaz verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən oktyabrın 7-də Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib.
 
ANN.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12 591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM