• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə koronavirusla mübarizədən imtina etdi

Bu ölkə koronavirusla mübarizədən imtina etdi
28.03.2020 10:33
İsveçdə koronavirusa yoluxmuş şəxslərin sayı artsa da hökumət sərt karantin rejimi tətbiq etməyi düşünmür. Belə ki, İsveçin baş epidemioloqu Anders
Teqnell deyib ki,  isveçlilərdə virusa qarşı "kollektiv immunitet"in yaranmağı üçün ölkə əhalisi koronavirusa yoluxmalıdır. Bu barədə  "Aftonbladet" nəşri yazır. 

Onun  fikrincə, yalnız yaşlılar və xroniki xəstəlikləri olanlar izolə olunmalıdırlar. O, bildirir ki,  adamlar koronavirusa yoluxsalar, virus gücünü itirəcək və daha təhlükəli olmayacaq.

 
Hazırda  İsveçdə COVID-19-a 3069 adam yoluxub, 105 insan isə ölüb.

Buna baxmayaraq restoran və məktəblər hələ də açıqdır. Həmçinin vətəndaşların hərəkətinə sərt məhdudiyyət qoyulmayıb. Onlara, sadəcə, imkan daxilində evdə qalmaq və yaşlı insanlarla ünsiyyəti məhdudlaşdırmaq məsləhət görülür.

Avropa İttifaqının vətəndaşları İsveçə sərbəst şəkildə daxil ola bilir. 










































ƏTRAFLI
optimal.az




Lakin bu nəzəriyyə təsdiqini tapmayıb. Epidemioloqun yanaşmasını artıq ölkənin Baş naziri Stefan Lövfen tənqid edib və bildirib ki, insanların həyatı və sağlamlığı təhlükə altındadır.
Qeyd edək ki, ölkə əhalisi hakimiyyətin epidemiyaya dair siyasətindən narazılıqlarını sosial şəbəkələrdə artıq bildirməyə başlayıblar. Sakinlər hakimiyyəti koronavirusa qarşı mübarizə tədbirlərini sərtləşdirməyə səsləyirlər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Zelenski: Ukrayna işğal altındakı ərazilərindən imtina etməyəcək
Dünya 14:36
Zelenski: Ukrayna işğal altındakı ərazilərindən imtina etməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol