Bu münasibətlər yeni pilləyə qalxacaq – İlham Əliyev

15:14 | 21.05.2018
Bu münasibətlər yeni pilləyə qalxacaq – İlham Əliyev

Bu münasibətlər yeni pilləyə qalxacaq – İlham Əliyev

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşündə dövlət başçısı İlham Əliyev deyib.

İlham Əliyev Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini və iqtisadi sahədə əməkdaşlıq apardığını bildirib:

"Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaq.

Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb