Bu türk firmaları Rusiyada sanksiyalara məruz qalmayacaq

10:12 | 30.11.2015
Bu türk firmaları Rusiyada sanksiyalara məruz qalmayacaq

Bu türk firmaları Rusiyada sanksiyalara məruz qalmayacaq

Türkiyənin hava sərhəddini pozduğu üçün bu ölkənin "F-16” qırıcıları tərəfinfən Rusiyanın "SU-24” hərbi təyyarəsinin vurulması iki ölkə arasında iqtisadi-siyasi gərginliyə səbəb olub.
 
ANS PRESS-in məlumatına görə, hadisədən sonra dalbadal bəyanatlar səsləndirən rəsmi Moskva növbəti açıqlama ilə çıxış edib.

Bəyanatda bildirilib ki, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Futbol Çempionatı üçün tikilən stadion inşaatlarında türk firmaları ilə bağlanan müqavilələr ləğv olunmayacaq. Bu bəyanatı Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko səsləndirib. İqtisadi sanksiyaların stadion tikintisində işləyən şirkətlərə təsir etməyəcəyini deyən Mutko, Türkiyənin tikinti firmaları ilə daha əvvəl bağlanmış müqavilələrin bu sanksiya çərçivəsində olmayacağını bildirib.

Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko

"Hesab etmirəm ki, iqtisadi sanksiyalar imzalanmış müqavilələr və ya hazırda həyata keçirilən layihələrə xitam verə. Burada söhbət yeni layihələrdən və müqavilələrdən gedir.”

Türk firmalarının çempionat çərçivəsində olan layihələrdə podratçı mövqeyində olduğunu deyən Mutko bu layihələrdə əsas yerlərdə Rusiya şirkətləri olduğunu qeyd edib.

FİFA Dünya Kubokunun matçları 14 iyun – 15 iyul 2018-ci il tarixlərdə Rusiyanın; Moskva, Sankt Peterburq, Kalininqrad, Kazan, Volqaqrad, Nijni Novqorod, Samara, Saransk, Yekatrinburq, Rostov və Soçi şəhərlərindəki stadionlarda keçiriləcək.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid "F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın "SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq "SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM