Universitetdən "Qafqazinfo"ya verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.
Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.
Həmçinin "Rus dili” kafedrası ləğv edilərək, "Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, "Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !