Buğda saxlama məntəqələri üçün 6,3 mln manat ayrılıb

17:52 | 07.03.2024
Buğda saxlama məntəqələri üçün 6,3 mln manat ayrılıb

Buğda saxlama məntəqələri üçün 6,3 mln manat ayrılıb

Dövlət Ehtiyatları üzrə Dövlət Agentliyi (ADEA) taxılın Gəncə və Səngəçaldakı müvəqqəti saxlama məntəqələrinə çatdırılması üçün 6,3 milyon manata yaxın vəsait ayıracaq.

"Dövlət Ehtiyatları üzrə Dövlət Agentliyi”  publik hüquqi şəxs buğdanın Gəncə və Səngəçalda dəmir yolu səkilərinə (müvəqqəti saxlama məntəqələri) çatdırılması üçün 6,3 milyon manata yaxın vəsait ayıracaq.

ADEA "ADY Ekspress” MMC ilə müvafiq müqavilə imzalayıb.

Müqavilə Agentlik tərəfindən alınmış buğdanın ADEA-ya məxsus Səngəçal və Gəncədəki dəmir yolu səkilərinə, eləcə də ərzaq buğdası ehtiyatlarının kənarda saxlanması üçün digər dəmir yolu səkilərinə daşınmasını nəzərdə tutur.

Müqavilənin dəyəri 6 milyon 298 min 62,48 manatdır.

İşin tamamlanması üçün son tarix 19 fevral 2025-ci ildir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM