Üç gün iş olmayacaq

16:51 | 26.05.2016
Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

28 May Respublika günü ilə əlaqədar olaraq, mayın ayının 30-da ölkədə qeyri-iş günü olacaq.

Oxu.Az-ın məlumatına görə, 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, beləliklə 30 may qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edə biləcəklər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM