Canelidze: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır”

15:38 | 03.02.2018
Canelidze: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır”

Canelidze: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşdır”

"Türkiyə və Azərbaycan Gürcüstan üçün çox vacib ölkələrdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze yerli İctimai televiziya kanalında yayımlanan "Həftənin müsahibəsi” verilişində deyib.  

O bildirib ki, hər iki ölkə Gürcüstanın strateji tərəfdaşıdır: "Biz regional və çox əhəmiyyətli layihələr həyata keçiririk və əməkdaşlığımız yalnız üç ölkəni deyil, bütün region və Avropanı əhatə edir”.

M. Canelidze Gürcüstanın Azərbaycanla çoxtərəfli formatda əməkdaşlıq etdiyini vurğulayıb: "Biz "Şərq tərəfdaşlığı” proqramında iştirak edirik və demokratik institutlar və Avropa ilə münasibətlər üzrə çalışırıq”.

XİN başçısı qeyd edib ki, Gürcüstan qonşu, dost və tərəfdaş ölkələrdəki daxili siyasi proseslərin qiymətləndirilməsində iştirak etməli deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb