Cəfər Cabbarlının 115 illik yubileyi keçiriləcək

14:30 | 25.04.2014
Cəfər Cabbarlının 115 illik yubileyi keçiriləcək

Cəfər Cabbarlının 115 illik yubileyi keçiriləcək

Aprelin 29-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında görkəmli dramaturq Cəfər Cabbarlının 115 illik yubileyi ilə əlaqədar tədbir keçirəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan Dövlət Teatr Muzeyi və dramaturqun ev muzeyinin birlikdə keçirdikləri tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, filologiya elmləri doktorları, professorlar Asif Rüstəmli və Rəhim Əliyev, Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, müğənni Rəşad İlyasov, ifaçı Mehri Əsədulla iştirak edəcəklər.

 

Tədbirdə tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən video çarxlar, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında "Aydın" tamaşasından bir parça və şerlərdən ibarət kompozisiya təqdim olunacaq. 

 

Qeyd edək ki, Cəfər Cabbarlı 1899-cu ildə Xızıda anadan olub. 35 illik ömrünün 20 ilini ədəbi yaradıcılıqla məşğul olub, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr verib.

Yaradıcılığa şeirlə başlayan Cabbarlı Azərbaycan dramaturgiyasına "Almaz", "Aydın", "Solğun çiçəklər", "Sevil", "Od gəlini", "Oqtay Eloğlu" kimi ölməz dram əsərləri bəxş edib. Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasında bir sıra maarifçilərimizlə yanaşı, Cəfər Cabbarlının da böyük xidmətləri olub. Ədibin vəfatından sonra Teatr Muzeyinə məhz onun adı verilib. Hazırda dramaturqun şəxsi arxivinin bir hissəsi muzeyin fondunda qorunub saxlanılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb