• $
  • €
  • ₽
  • ₺
  • £

"Porno izləməyi dayandırsanız, ciddi problemləriniz yaranacaq" - Azərbaycanlı həkim

"Porno izləməyi dayandırsanız, ciddi problemləriniz yaranacaq" - Azərbaycanlı həkim
27.10.2018 13:28
Əksər insanlar etiraf etməsə də, virtual sekslə məşğul olur. Cəmiyyətdə bu tip videoların izlənməsinin insan orqanizminə, psixikasına təsiri barədə müxtəlif fikirlər dolaşmaqdadır. Təsiri haqqında birmənalı fikir formalaşmayan cinsi fəaliyyətlərdən biri də masturbasiyadır. Əksər insanların mütəmadi məşğul olduqları virtual seks və masturbasiya psixikaya, orqanizmə necə təsir edir?

A24.Az-a məşhur uroloq-cərrah Vasif İsmayıl qarşı tərəfin iştirakı olmadan reallaşan cinsi fəaliyyətlərin insana təsirindən danışıb.

Həkimin fikrincə, porno videolar izləmə, masturbasiya seksual davranışın təzahür formalarındandır və tamamilə normal haldır. Masturbasiya cinsi performansı artırmaq üçün əvəzolunmaz vasitədir. Sadəcə, buna aludə olmaq son dərəcə ciddi, psixoloji problemlər yarada bilər.

Uroloq qeyd edir ki, porno videolar izləməkdə aludəçilik həddinə çatanda, yaxud görüntülərdən yanlış nəticə çıxaranda, insan psixikasını məhv edə bilər:
"İnsanlar porno vidolara baxanda görür ki, qadın kukla, kişi öküz kimidir. Üstəlik əlaqə pozaları da əndirəbadidir. Qadın da elə səslər çıxarır ki, sanki son dərəcə həzz alır. Videoya baxan adam cinsi əlaqə ilə məşğul olanda isə bunları görmür. Amma düşünmür ki, baxdığı video real deyil, teatrdır. Üstəlik də kişilərin cinsi orqan ölçüləri ilə bağlı ciddi kompleksləri var. Baxdıqları videolardakı kişi cinsi orqanlarının ölçüləri çox uzun olur və buna baxanlar da elə düşünür ki, bütün kişilərdə belə olmalıdır. Bu çox ciddi psixoloji problemdir”.

Vasif İsmayıl onu da bildirir ki, bu gün androloqa müraciət edən oğlanların 70-80 faizi porno qurbanlarıdır.
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol