• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO
01.05.2019 12:27
Bakıda uşağın valideyni tərəfindən döyüldüyü barədə xəbər yayılıb. Evə gec gəldiyi üçün anası tərəfindən döyüldüyünü iddia edən uşaq sığınacağa yerləşdirilib. 

Oxu.Az xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağından məlumat verilib.

Bildirilib ki, uşaq dünən axşam saatlarında sığınacağa qəbul edilib:

"Uşağın bütün bədəni gömgöydür. Özünün dediyinə görə, anası tərəfindən döyülüb. Səbəb olaraq bildirib ki, dostları ilə oynadığı üçün evə bir qədər gec saatda gəlib. Anası isə buna əsəbiləşərək uşağı möhkəm döyüb. Sağ gözünün altı yaxşı vəziyyətdə deyil.

Uşaq bizə deyir ki, bu hadisə ilk dəfə yaşanmır. Dediyinə görə, anası daha əvvəl də onu müxtəlif səbəblərdən, dərslərdən aşağı qiymət aldığı üçün, sözündən çıxdığı üçün möhkəm döyüb”.
 

Uşağın anasının sığınacağa müraciət etdiyi də qeyd olunub:

"Anası ilə əlaqə saxlanılıb. Lakin biz bildirdik ki, yalnız polis əməkdaşları ilə sığınacağa yaxınlaşa bilər. Biz uşağın dedikləri barədə hüquq-mühafizə orqanlarına da məlumat verəcəyik. Uşaq o qədər qorxub ki, evə getmək istəmədiyini deyir”.

Hadisənin təfərrüatı araşdırılır.
Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO
Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO
Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol