• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq
01.05.2019 22:00
"Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək".

Anews.az xəbər verir ki, bunu "Report"a açıqlamasında QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib.

O bildirib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq: "Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsəmiz və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil".

Sədr müavininin sözlərinə görə, hazırda şagirdlər üçün QMİ-nin tabeliyindəki məscidlərin nəzdində 100-dən çox dini kurslar təşkil edilib və kolleclərə qəbul orta məktəb şagirdlərinə şamil edilməyəcək: "Şagirdlər yalnız kurslarda valideynlərinin razılığı əsasında təhsil ala bilirlər. Eyni zamanda, tələbələrin dini tədris müəssisələrində təhsil alması mexanizmi tənzimlənəcək. Orta və ali məktəbdə oxuyanlar yalnız orada dərs saatları bitəndən sonra kurs və kolleclərə gələ biləcək. Yəni, orta məktəbdə və yaxud universitetdə günün birinci yarısında oxuyan tələbənin kollecdə, şagirdin isə dini kursda təhsil almasına günün ikinci yarısında icazə veriləcək. Hətta oğlanların hərbi xidmətini başa vurduqdan sonra da dini kolleclərdə təhsil almasına şərait yaradılacaq".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol