• $
  • €
  • ₽
  • ₺
  • £

“Ya limit daha çox artırılmalı idi, ya da birdəfəlik ləğv olunmalı idi” – Deputat

“Ya limit daha çox artırılmalı idi, ya da birdəfəlik ləğv olunmalı idi” – Deputat
01.05.2019 16:10
"Mən hökumətin hesabatında, sonralar da ayrı-ayrı kütləvi informasiya vasitələrinə vermiş olduğum açıqlamalarda və Milli Məclisdəki son çıxışımda da bütövlükdə limitin ləğv olunmasının tərəfdarı idim. Bu fikirdə yenə qalıram. Tarif Şurasının qənaəti, gəldiyi nəticə isə budur”. 

Bunu "Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. 

Deputatın fikrincə, təbii qaz və elektrik enerjisinə tətbiq olunan qiymət artımı, bundan doğan limiti tamamilə aradan qaldırmaq daha faydalı olardı. Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi: 

"Eyni zamanda Azərbaycanda  kənd təsərrüfatının sənaye üsulu ilə çalışan müəssisələrinin stimullaşmasına səbəb olardı. İstehsal olunan məhsulların həm daxili bazarda qiyməti əlçatan olardı, digər tərəfdən onun ixracında, həyata keçirilən əməliyyatlarda həmin məhsulların rəqabət qabiliyyəti də üstün olardı. Qənaətim budur. 

Təbii ki,  öz araşdırmalarım, həmçinin kifayət qədər müasir dövrün tələblərinə uyğun gələ biləcək düşüncələri özündə daşıyan iqtisadçılarla apardığım söhbətlər, keçirdiyimiz müzakirələrdən bu qəaətə gəlmişəm. Düşünürəm ki, təbii qazın və elektrik enerjisinin limitinin tamamilə ləğv olunması vətəndaşlarımızın maraqlarına uyğun olardı və ölkə prezidentinin islahatları ilə tamamilə üst-üstə düşərdi”.

F.Ağamalı qeyd edib ki, gələcəkdə təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğvi ilə bağlı məsələ aktuallığını saxlayacaq:

"Tarif Şurası vur-tut  limitin sayını 500 kub qaldırdı, bu da 50 manatdır. Hesablama aparmışdıq ki, 1700 kub bir qayda olaraq maksimum bir ay yarım görür. 500 kub da hardasa yarım ay və ya ondan bir az çox davam edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qış 6 aydan çox davam edir. Bu baxımdan ya limit daha çox artırılmalı idi, ya da birdəfəlik ləğv olunmalı idi. 

Limiti qış aylarına tətbiq etmək olardı. Yaz aylarında da məsələn, köhnə qiymətlərlə ola bilərdi. Yəni 6 ayda vətəndaşlarımız təbii qazdan daha çox  istifadə edirlər, onu daha limitli tutmaq olardı. Qalan 6 ayda limitsiz olardı. Mənə elə gəlir ki, bu, daha kompromis, ədalətli yanaşmadır. Təəssüf ki, olmadı. 

İstehsala isə başqa cür tətbiq etmək olar. Məsələn, dünyanın hər yerində var, fərqli qiymətlər ola bilərdi. Yəni gecə və gündüzün qiymət tarifləri müxtəlif ola bilər. Bu da olmadı. Biz dediklərimizi dedik, bundan sonra bir az mübahisə xarakteri daşıyan mövqedə dayanmaq doğru olmaz. Mən artıq jurnalistlərin vermiş olduğu suala izahatlarla kifayətlənməli olacam. Ancaq gələcəkdə düşünürəm ki, dediyimiz məsələlər aktuallığını saxlayacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol