• $
  • €
  • ₽
  • ₺
  • £

Birinci həyat yoldaşını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda

Birinci həyat yoldaşını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda
01.05.2019 23:10
Evindən 500 min manata yaxın qızıl- zinət əşyaları oğurlanan, əlavə 360 min manat ziyana düşən  qadının hekayəti.

Anews.az xəbər verir ki, bu günlərdə cenubxeberleri-nə bir qadın müraciət edib. Özünü Bənövşə Əliyeva kimi təqdim edən qadın bildirib ki, Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Hazırda Masallı şəhərində, "Köhnə bazar" adlanan ərazidə qızıl alveri ilə məşğuldur.

Qadının dediklərini sizə təqdim edirik:

"Uşaqlığım zülmlə keçib. Atam maldar olduğu üçün elə mən də uşaq vaxtından qoyun, mal-qara otarmışam. İşimiz çöl-bayırla olduğu üçün əməlli-başlı savadım da olmayıb.

 3  bacı, 5 qardaş idik. Tale elə gətirdi ki, 2 qardaşım Rusiyaya getdi. Babat pul qazanmağa başladı. Qərara gəldik ki, bizə də sərmayə versin, burada çörək qazanaq. Beləcə, qızıl alverinə başladıq. 20 ildən artıqdır ki, bu alverlə məşğulam.

Ürəyim istəyən adam olmadığı üçün taleyimlə barışmış, tənha yaşamağa qərar vermişdim. 42 yaşım olanda o vaxt Təzə bazarda işlədiyim dükanda mənə bir nəfər cəlilabadlı yaxınlaşdı, dedi  ki, saatsaz axtarıram, haradan tapım? Beləcə tanış olduq. Daha sonra 2 dəfə də gəldi. 3-cü dəfə isə bir qadınla gəldi.

Sonra Köhnə bazara yerimi dəyişəndə yenə əl çəkmədi.

Yaxınlarıma bildirdim ki, belə bir adam mənə yaxınlaşır, evlənmək təklif edir. Bacım razı deyildi. Lakin ətrafdakılar təkid etdiyi üçün razılaşdım.   

"Bir qadın, 2 yeniyetmə qızla bizə elçiliyə gəldilər" 


Bacısı adlandırdığı şəxs və  bacısı uşaqları adlandırdığı 2 yeniyetmə qızla bizə gəldi. Qardaşım, bacım evdə idi. Razılığa gəlib aldım-verdim etdik. Rəsmi nikaha girmədik.

Sonralar, daha doğrusu, bu günlərdə bəlli oldu ki, bacısı adı ilə gələn qadın onun 1-ci həyat yoldaşı, yeniyetmələr isə öz qızları imiş. Yəni, əvvəlki arvadı və öz qızları ilə bizə elçiliyə gəlib.

Avamlığımdan, savadsızlığımdan bilməmişəm. Dərindən araşdırmadan, həyat yolunu ətraflı öyrənmədən əslən Cəlilabad rayonundan olan Elçin adlı bu oğlanla ailə həyatı qurmağa razılıq verdim.

Toyun bütün xərcini özüm çəkdim.

Deyirdi ki, kasıb oğlanam, heç nəyim yoxdur. 3 bacım, 3 qardaşım var. Heç biri ilə aram yoxdur. Anam da yoxdur (sən demə, var imiş). Ona görə onlar toya gəlməyəcək. Buna görə geyim-keçimindən, toyun yemək-içməyindən tutmuş, ən xırda xərcinə qədər mən etdim.

Toyumuz 2009-cu il, mayın 19-da Şərəfə kəndindəki "Kamran" şadlıq sarayında oldu.

10 ilə yaxın bir yerdə yaşadıq. Maşın aldım, pal-paltar, yemək-içmək, dərman-həkim pulu, benzininə qədər... qısası, nə xərci var idisə, mənim çiynimdə idi.

"Pul qopartma oyunları isə toydan təxminən 3 ay sonra - 30  min manat istəməklə başladı"

Ailə həyatı qurmağımızdan təxminən 3 ay keçmişdi ki, Elçin dedi, mən əvvəllər Gəncədə maşınla adam vurmuşdum. Həmin adam da ölmüşdü. İndi həmin işi yenidən tərpədiblər. Mənə 30 min manat lazımdır ki, həmin işi bağlayım. Bir az tərəddüd etsəm də, düşündüm ki, yeni ailə qurmuşam, hələ ki, imkanım var, pulu verim, bu iş bitsin. Beləliklə, 30 min manatı ona verdim".
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol