• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev fərman imzalayıb - SİYAHI

Prezident İlham Əliyev fərman imzalayıb - SİYAHI
29.05.2020 00:00
"Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, eyni zamanda Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Həmçinin bu fərmandan irəli gələn digər məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

"Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı aşağıdakı kimidir:

Sıra №-si İnformasiya sisteminin və ehtiyatının adı
1 2
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə
1.1. "Giriş-çıxış və qeydiyyat" idarələrarası məlumat-axtarış sisteminin "Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə
2.1. "Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
2.2. "Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi
2.3. "Fərdi elektron pəncərə” elektron məlumat sistemi
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə
3.1. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
3.2. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
3.3. Ünvan Reyestri İnformasiya Sistemi
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə
4.1. Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı
5. Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi üzrə
5.1. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə
6.1. İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə
7.1. Milli Təhsil Məlumat Bazası
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
8.1. Tibb kadrlarının vahid reyestri
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə
9.1. Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi
9.2. Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi
10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə
10.1. Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı
11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə
11.1. Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi
12. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə
12.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri
12.2. "Tələbə-məzun” dövlət elektron məlumat sistemi
12.3. "Şagird-məzun” dövlət elektron məlumat sistemi
13. Dövlət Miqrasiya Xidməti üzrə
13.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə
14.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsindəvahid elektron informasiya sistemi
15. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə
15.1. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin "Analitik Monitorinq Sistemi”
16. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə
16.1. "Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi
17. "Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə
17.1. "Azərişıq” ASC-nin abunəçiləri üzrə "Əhali” abunə informasiya bazası
18. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz”İstehsalat Birliyi üzrə
18.1. Qaz abunəçiləri üzrə informasiya ehtiyatı


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox