• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən Bakını tərk etmək üçün torpaq yola çıxan sürücülərlə bağlı AÇIQLAMA

DİN-dən Bakını tərk etmək üçün torpaq yola çıxan sürücülərlə bağlı AÇIQLAMA
14.06.2020 16:41
Daxili İşlər Nazirliyi (DİN) Bakıdan rayona getmək üçün torpaq yoldan istifadə edən sürücülərlə bağlı yayılan videoya aydınlıq gətirib, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev dməlumar verib.
 
"Bu yola əl atan 50-yə yaxın nəqliyyat vasitəsinin sürücüsü növbəti postda saxlanılıb və onlarla bağlı tədbir görülüb. Ötən gün həqiqətən də belə hal baş verib. Bəzi sürücülər Bakıdan çıxmağa cəhd ediblər, amma nəqliyyat vasitələrinin hamısı qarşıdakı postda saxlanılıb və bir-bir yoxlanılıb. Bunların içində icazəsi olmadan Bakı, Sumqayıt, Abşeron rayonlarında qeydiyyatda olan şəxslərin hamısı məsuliyyətə cəlb olunub və geri qaytarılıblar, amma icazəsi olanlar, sadəcə sıxlıq baxımından torpaq yola çıxanlar xəbərdar olunublar ki, nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən istifadə etmək olmaz”, deyə o, bildirib. 

Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da  açıqlama verib. Nazirlik rəsmisi bildirib ki, həmin nəqliyyat vasitələri növbəti postda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb.
 
"Bakını tərk etməyə icazəsi olmayan sürücülərə, şəxslərə qarşı inzibati qaydada protokol tərtib olunub və onlar Bakıya qaytarılıb. Bakıdan çıxışına icazəsi olanlar isə xəbərdarlıq edilib”, -  deyə Zahidov vurğuıayıb. 
 
("Qafqazinfo”)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol