Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb - FOTO

Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb.
Raketlərdən biri İranın Şərqi Azərbaycan əyalətinin Heris şəhərinin Ağa Əlilu kəndinə, digəri isə Güney Azərbaycanın Qulubəyli kəndinə düşüb.
"Təəssüflər olsun ki, Qarabağ bölgəsində gedən savaşa görə, Ağa Əlilu kəndinə bir raket düşüb. Raketin kəndin əkin sahəsinə düşməsi səbəbilə ölən və yaralanan yoxdur və hazırda məsələ araşdırılır”, - deyə Heris şəhərinin fərmandarı Əlirza Xakpur bəyan edib.
ANT-nin məlumatına görə, erməni silahlılarının atdığı, Güney Azərbaycanın Qulubəyli kəndinə düşmüş digər raket isə yaşlı kişinin xəsarət almasına səbəb olub.

www.anews.az
Son xəbərlər 
Daha çox 























