• $
  • €
  • ₽
  • ₺
  • £

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? – Polis qurumları şərh etdi

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? – Polis qurumları şərh etdi
19.10.2020 23:22
Vəziyyətin ciddiliyini nəzərə alaraq COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və əhalinin ictimai təhlükəsizliyini təmin etmək üçün respublikanın daxili işlər orqanlarının əməkdaşları bəzi iaşə müəssisələri ilə əlaqədar tədbirlərə başlayıb.
Anews.az bildirir ki, Oxu.Az-ın redaksiyasına daxil olan xəbərə görə, Sumqayıt şəhərində bu gündən etibarən çay evləri bağlanır.
Məsələ burasındadır ki, səhər saatlarında Şəhər İcra Hakimiyyəti və polis orqanlarının nümayəndələri iaşə obyektlərində olublar.
Obyekt sahiblərindən küçəyə çıxartdıqları masaları  götürmək və sosial məsafəni qorumaq tələb olunub.
İnzibati cəzaya cəlb olunmaqdan narahat olan bəzi sahibkarlar çay evlərinin qapılarını ümumiyyətlə bağlayıblar.
Alınan digər məlumatlara görə, təxminən eyni vəziyyət Bakıda bəzi obyektlərdə də müşahidə olunur.
Bununla əlaqədar olaraq Oxu.Az-ın müxbiri Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək məsələnin şərh edilməsini istəyib.
Dövlət qurumundan verilən məlumata əsasən, iaşə obyektlərinin qapadılmasından söhbət getmir, belə ki, Operativ Qərargah tərəfindən müəssisələrin bağlanması barədə heç bir göstəriş verilməyib.
"Son vaxtlar koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur və gələcəkdə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə küçələrdən masaların yığışdırılması kimi lokal qərar qəbul edilmişdir. Bundan əlavə, ölkədə hərbi vəziyyət elan edilib və düşmən tərəfindən istənilən təxribatın olması mümkündür. Ancaq çay evlərinin qapadılması ilə bağlı məsələ nəzərdən keçirilməyib. Sahibkarlar obyektlərin daxilində müştəriləri rahat şəkildə qəbul edə bilərlər”, - deyə polis idarəsinin verdiyi açıqlamada qeyd olunur.
Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz Bakı şəhər Baş Polis İdarəsindən bildirildi ki, bununla bağlı heç bir xüsusi əmr almayıblar.
İaşə müəssisələrinin bağlanması barədə rəsmi qərar mövcud deyil.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol