• $
  • €
  • ₽
  • ₺
  • £

86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı - FOTO

86 yaşlı tənha qadın pensiyasını orduya bağışladı - FOTO
21.10.2020 14:57
Bu gün Sosial Xidmətlər Agentliyinin 15 saylı saylı Mingəçevir filialına müraciət edən 86 yaşlı Mingəçevir sakini Gülavər Aslanova pensiyasının bir aylıq məbləğini Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım fonduna ianə etmək istədiyini bildirib.

Anews.az xəbər verir ki, qurumun müdir əvəzi Zəfər Hacıyev bildirir ki, tənha qadın Gülavər Aslanova dəfələrlə müraciət edib: "Mən pensiyamın bir ayını orduya dəstək üçün köçürmək istəyirəm".

Onun bu arzusunu reallaşdırmaq üçün bu gün xanımın öz iştirakı ilə Beynəlxalq Bank vasitəsi ilə 200 manat məbləğində vəsait köçürülüb.

Gülavər Aslanova deyir ki, hər gün şəhidlərin ruhuna dualar oxumamış yatmır: "Öz övladım olmayıb amma ordudakı bütün əsgərlər mənim övladlarımdır.
 
Mən də istədim ki, onlara cüzi də olsa köməyim dəysin. Sağ olsun Sosial Xidmətlər Agentliyinin əməkdaşları onlar mənə kömək etdilər. Mən də bank vasitəsi ilə ianəni göndərdim. Ordumuza, prezidentimizə dualarımı, salamlarımı çatdırıram”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol