• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Ordusunu digər ölkələrin ordularından fərqləndirən əsas cəhət...” – Hərbi ekspert

“Azərbaycan Ordusunu digər ölkələrin ordularından fərqləndirən əsas cəhət...” – Hərbi ekspert
21.10.2020 18:26
"Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimində də səngiməyən döyüşlərdə ciddi təcrübə qazanıb”.

Bunu işğaldan azad edilən ərazilərimizin hərbi-strateji baxımdan malik olduğu üstünlükləri və ümumilikdə ölkənin hərbi sahəsinin inkişafındakı mümkün təsirlərini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazovun sözlərinə görə, işğaldan azad edilən ərazilərimiz strateji baxımdan mühüm əhəmiyyətə malikdir:
"Əvvəlki konfiqurasiyada cəbhə xətti düzəngahdan keçirdi, dağlar üzərində yer çox az idi. Əsas yüksəkliklər düşmən tərəfdə yerləşirdi. Lakin Azərbaycan əsgəri olduqca yüksək səviyyədə hazırlanmış plan üzrə döyüş tapşırığını yerinə yetirdi və artıq həmin yüksəkliklərin bir çoxu bizim nəzarətimiz altındadır.
Artıq bir neçə istiqamət üzrə Azərbaycan əsgəri müasir texnologiyaya istinad edərək, artilleriya və pilotsuz uçuş aparatlarının köməyi ilə düşmənin atəş nöqtələrinin susdurulmasına nail olur. Daha sonra isə piyada qüvvələri həmin yüksəklikləri nəzarət altına götürür.
Möhkəmlənmədən sonra digər qüvvələr yüksəkliklərə yerləşdirilir. Bu isə olduqca mühümdür. Çünki düşmən daim atəşkəsdən xaincəsinə istifadə etməklə, yaşayış məntəqələrimizi və ordumuzun hərbi hissələrini mühasirəyə ala bilər. Bütün hallarda ermənilərin bu variantları artıq baş tutmur və onlar bunu anlayırlar.
Ermənistan artıq son ehtiyat qüvvələrini döyüş meydanına göndərir. Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimində də səngiməyən döyüşlərdə ciddi təcrübə qazanıb və buna görə də ordumuz sülh şəraitində yaradılan digər ordulardan çox fərqlənir.
Azərbaycan ordusu döyüşkəndir və hazırda əldə etdiyi uğurlarla dövlətimizin və xalqımızın nüfuzunu tam bərpa edib. Sülh müqaviləsindən sonra da Ermənistana qarşı daim diqqətli olmalıyıq və ordumuzun gücləndirilməsi fasiləsiz davam etməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol