• $
  • €
  • ₽
  • ₺
  • £

"Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər" - Yaqut Qarayeva

"Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər" - Yaqut Qarayeva
22.10.2020 16:10
Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında "COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir.

Anews.az xəbər verir ki, bunu TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlamışdı. Bir çox rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib: "Bizim kifayət qədər çarpayı ehtiyacımız var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hazır vəziyyətdə olsunlar ki, hərbçilərimizə kömək eləsinlər. Xəstəlik insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı 2 həftə orada müalicə olunur. Bu, ciddi problemdir”.

Y.Qarayeva bildirib ki, doğrudur, dövlət modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları da gətirilib: "Amma bir resurs var ki, onu gətirmək çox çətindir. Bunlar tibb işçiləridir. Bir həkim reanimatoloq, həkim –pulmonoloqun yetişməsi üçün illər lazımdır. Ona görə də hər kəs diqqətli olmalıdır.
 
Qaydalara əməl etməlidir. Hazırda reanimasiya bölümündə yatan 209 xəstə var. Onlardan 18 nəfəri süni tənəffüs aparatına qoşulub. Biz hər birimiz bunun məsuliyyətini hiss eləməliyik. Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm. Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər.
 
Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir "COVİD”lə mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”.

Y.Qarayeva, həmçinin hazırda aparılan test sayından da danışıb: "Fevral ayında testləri aparan laboratoriyalarımızın sayı az idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində regionlarda laboratoriyalar açıldı. Hazırda 9 mindən çox test edirik və bundan da çox edə bilərik. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa insanlar üçün təhlükədir. Aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol