BNA “Əsgərə məktub” layihəsinə qoşuldu

Bakı Nəqliyyat Agentliyi "ASAN Könüllüləri” təşkilatının "Əsgərə məktub” layihəsinə qoşulub.
Məktublarda Bakı Nəqliyyat Agentliyi kollektivinin şanlı Ordumuza mənəvi dəstəyi və daim onların yanında olması qeyd edilib. Düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunub. İşğaldan azad edilən şəhər və rayonlarımızda, kənd və qəsəbələrimizdə dövlət bayrağının qaldırılmasının fəxrlə qarşılandığı diqqətə çatdırılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























