• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT

Baş Narkotiklərlə Mübarizə İdarəsindən ƏMƏLİYYAT
29.10.2020 11:24
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Daxi İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı Corat qəsəbəsində yaşayan Kərəm Kərimov saxlanılıb. Onun üzərindən 11,665 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən daha bir tədbir zamanı Sumqayıt şəhərində yaşayan, Yardımlı rayon sakini Müştəba Nuriyev tutulub. Onun üzərində axtarış aparılan zaman 1 kiloqram 75 qram heroin və 1 kiloqram 5 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən Sumqayıt şəhərində keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş, Corat qəsəbəsi sakini Səfərəli Nəsibov tutulub. Onun üzərində 2 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Həyata keçirilən daha bir əməliyyat zamanı isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Emin Hüseynov saxlanılıb. Onun üzərindən 16 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif şəxslərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri qəbul ediblər və satışını təşkil etməyə cəhd göstəriblər.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol