• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdən görün nə tutdular - Azərbaycanda - FOTO

Kürdən görün nə tutdular - Azərbaycanda - FOTO
02.11.2020 10:17
Azərbaycanda Kürdən 75 kiloqram ağırlığında naqqa balığı tutulub. 

Anews.az xəbər verir ki, bu barədə jurnalist İsmayıl Nəsibli sosial şəbəkələrdə foto paylaşıb.

Məlumata görə balıq Kür çayının Yevlax rayonundan keçən hissəsində tutulub.

Balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub. Balığın uzunluğu təxminən 2 metrə yaxındır.

Qeyd edək ki, hazırda naqqa ətinin 1 kiloqramı 10-15 manata satılır. Lakin bu balıqla bağlı fikirlər birmənalı olmadığından hər adam naqqa balığı yemir, ona görə də Kürdən tutulan bu balığı daha çox restoranlar alırlar. Dadına baxmaq istəyənlər isə restoranlara üz tuturlar.

Məlumat üçün bildirək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).

Mənbələrdə qeyd olunur ki, xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər. Rayon sakinlərinin göndərdikləri fotoları təqdim edirik.(yeniavaz)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol