• $
  • €
  • ₽
  • ₺
  • £

Atdığı addımla insanların qəzəbinə səbəb olan "McDonald’s Azərbaycan”ın 27 yaşlı direktoru kimdir? - DOSYE

Atdığı addımla insanların qəzəbinə səbəb olan "McDonald’s Azərbaycan”ın 27 yaşlı direktoru kimdir? - DOSYE
03.11.2020 18:00
"McDonald’s" şirkəti ermənilərin təzyiqi ilə Azərbaycanda fəaliyyət göstərən restoranlar şəbəkəsinə aid sosial şəbəkə səhifələrindən Azərbaycan bayraqlı paylaşımları sildirib. 

Yeniavaz.com xəbər verir ki, bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq.

Məlumat üçün bildirək ki, Azərbaycanda "McDonald’s" adı altında fəaliyyət göstərən restoranlar şəbəkəsi "McDonald’s Azərbaycan” QSC-yə bağlıdır. "McDonald’s Azərbaycan” QSC  01.03.1999-cu ildə rəsmi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 845 min manat olan QCS-nin hüquqi ünvanı Səbayil rayonu, Nizami, ev 340-da yerləşir. Bu ilin əvvəlindən şirkətin qanuni təmsilçisi Boqopolskiy Oskar Vadim oğludur.

Oskar Boqopolskiy 2010-cu ildə təhsil aldığı Bakı şəhərində yerləşən 160 saylı Humanitar gimnaziyasını bitirərək 603 balla Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub. 2014-cü ildə  ADNA-dan "İqtisadiyyat” ixtisası üzrə məzun olub. Elə həmin ildən də "McDonald’s Azərbaycan”da əmək fəalliyyətinə başlayıb.

2018-ci ildə fəlsəfə doktoru proqramı üzrə Azərbaycan Universitetində "Turizmin inkişafı kontekstində restoran işinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi hazırlamağa başlayıb.

Onu da bildirək ki, Oskar Boqopolskiyin atası Vadim Boqopolskiy Azərbaycan Dövlət Neft Sənayesi Universitetində Neft və qaz mühəndisliyi kafedrasının dosentidir. Vadim Boqopolskiy 1946-cı ildə Bakıda anadan olub. 1964-cü ildə Bakı şəhər 160 saylı orta məktəbi bitirib. Həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft və mexanika fakültəsinə qəbul olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol