40 paytaxt məzunu Prezident təqaüdünə layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzunu Prezident təqaüdünə layiq görülüb
"2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticələr göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.
Prezident təqaüdçüləri paytaxtdakı 5, 36, 47, 57, 62, 71, 72, 80, 89, 114, 130, 157, 165,166, 177, 178, 182, 192, 202, 213, 229, 244, 250, 261, 263, 266, 276, 278, 284, 305 və 311 nömrəli ümumi təhsil məktəblərinin məzunlarıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























