• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verildi

Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verildi
06.11.2020 20:30
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlər üçün yeni mikrokredit paketləri hazırlayıb. Bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir. 

Anews.az xəbər verir ki, aqrotexniki qulluq və gübrə alışı üçün nəzərdə tutulan kreditlərin güzəşt müddəti 7 aydır və bu müddətdə fermer yalnız faizləri geri ödəyir. Məhsul yığımı zamanı kreditin əsas məbləğinin yarısı birdəfəlik ödəniş kimi edilir. Növbəti 5 ayda isə qalan məbləğ və faizlər bərabər hissələrə bölünməklə geri qaytarılır. 

Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.

Aqrotexniki qulluq və gübrə mikrokreditlərini əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur. Yem krediti üçün üçün müraciət edən heyvandardan şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də qeydiyyat və yem təchizatçısı ilə müqavilə istəniləcək. 

Yeni mikrokredit məhsullarından hər hansı birini əldə etmək üçün fermerlər AKİA-nın mikrokreditləşmədə ixtisaslaşmış müvəkkil kredit təşkilatlarından birinə (Access Bank, Unibank, Bank of Baku, Yelo Bank, Bank Respublika) müraciət edə bilərlər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol