• $
  • €
  • ₽
  • ₺
  • £

3 yaşlı Xədicənin sosial şəbəkələrdəki görüntüləri ilə bağlı Komitədən AÇIQLAMA

3 yaşlı Xədicənin sosial şəbəkələrdəki görüntüləri ilə bağlı Komitədən AÇIQLAMA
06.11.2020 14:35
Oktyabrın 17-də Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində 3 yaşlı Xədicə Şahnəzərovanın atasını, anasını və yaş yarımlıq bacısını itirməsi haqqında məlumat vermişdik.

Anews.az xəbər verir ki, sosial şəbəkələrdə balaca Xədicənin kimin himayəsində qalacağı ilə bağlı problemlərin yaşanmasını əks etdirən kadrlar yayılıb. Kadrlarda ata və ana tərəfdən olan qohumlarının bu məsələ üzərində mübahisə etdikləri müşahidə olunur. Məsələ ictimaiyyət arasında xüsusilə də sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Anews.az-a bildirilib ki, Xədicə ana nənəsinin himayəsindədir:

"Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin ballistik raketlə vurulması nəticəsində valideynlərini və bacısını itirən Şahnəzərli Xədicə Röyal qızı ilə bağlı kütləvi informasiya vasitələrində və internet resurslarında məlumatlar yayılıb. Bu görüntülər haqlı olaraq cəmiyyətdə narahatlığa səbəb olub.

Bildiririk ki, 03.11.2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri vəziyyəti araşdırmaq məqsədilə ailəyə səfər ediblər. 3 yaşlı Ş.Xədicə Samux rayonu Seyyidlər kəndində  ana nənəsinin himayəsindədir, yaşadığı ev uyğun şəraitlidir və psixoloji vəziyyəti normal olaraq qiymətləndirilir”.

Qeyd olunub ki, azyaşlı Komitə tərəfindən nəzarətə götürülüb: "Qiymətləndirilmə aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada uşağın ən yaxşı maraqlarına uyğun tədbirlər görüləcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol