• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Şahin Allahyarovun anası: "Güllə qabağından qaçmaram deyib şəhid oldu" - VİDEO

Şəhid Şahin Allahyarovun anası: "Güllə qabağından qaçmaram deyib şəhid oldu" - VİDEO
08.11.2020 10:40
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə Quba sakini Şahin Allahyarov qəhrəmancasına şəhid olub.

Anews.az xəbər verir ki, Baku.TV şəhid Şahin Allahyarovun ailəsinin evində olub. Şəhidin atası Hüseynbala Allahyarov, anası Nərgiz Allahyarova, həyat yoldaşı Kəmalə Allahyarova ilə həmsöhbət olan əməkdaşlarımız ailəyə baş sağlığı veriblər.

Ş.Allahyarovun anası deyir ki, oğlu heç vaxt düşməndən qaçmayacağına and vermişdi:

"Balam, heç vaxt kürəyini düşmən tərəfə verməyəcəyini deyirdi. Güllə qabağından qaçmaram deyə-deyə qəhrəman balam vətən yolunda ürəyindən güllə yarası alaraq şəhid oldu”.

Atası deyir ki, son danışığında hər şey yaxşı olacaq deyirdi:
"Mənə dedi ki, az qalıb bayrağımızı daha bir torpağımıza sancacağıq. Yoldaşlarımla vuruşuruq. Mənə deyirdi ki, mən o vaxt dincələcəm ki, vətənimi düşməndən tam azad edəcəm. Arzuları çox idi oğlumun. Vətən sağ olsun”.

Şəhidin həyat yoldaşı Kəmalə Allahyarova sonuna qədər yoldaşının yanında olacağına illər əvvəl and verdiyi deyib:

"Bu günə qədər harada xidmət edibsə mən yanında olmuşam. Hərbçi ilə ailə quranda gözə almışdım ki, bir gün onu itirə bilərəm. Amma o heç vaxt bizə zərər gəlməsinə icazə vermədi. Həmişə deyirdi ki, sizə nəsə olsa mən dözə bilmərəm. Onu tanıyanlar bilir ki, qəlbi necə təmiz, mərhəmətli idi”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol