• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən yol hərəkəti iştirakçılarına MÜRACİƏT

DİN-dən yol hərəkəti iştirakçılarına MÜRACİƏT
10.11.2020 13:47
Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən Anews.az-a daxil olan müraciətdə bildirilir:

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan tam azad olunması və qazanılan qələbə ilə bağlı xalqa müraciəti hər birimizin böyük sevincinə səbəb oldu. Gecə saatlarından başlayaraq vətəndaşlarımız küçələrə axışaraq bu möhtəşəm qələbəni coşqu və fərəh hissi ilə qeyd edir.   

Lakin müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-isifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Sözsüz ki, belə hallar vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olur.

Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.

Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol