• $
  • €
  • ₽
  • ₺
  • £

Los-Ancelesdə türklərə hücum edən erməni həbs olundu, digərləri axtarışdadır

Los-Ancelesdə türklərə hücum edən erməni həbs olundu, digərləri axtarışdadır
13.11.2020 08:59
ABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus "Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.

Anews.az xəbər verir ki, bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.

Qeyd edilir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən istintaq tədbirləri görülüb.
Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, qarətdə, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.

Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.

"Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, bu barədə "BEVHILLSPD"-ə mesaj yazın”, - polisin vətəndaşlara müraciətində bildirilir.

Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus "Cafe Istanbul” restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol