Sentyabrın 27-dən bu günə qədər ermənilərin zərər vurduğu obyektlərin sayı AÇIQLANDI
13.11.2020 19:14
"Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərə köçürülüb”
Anews.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ziyan görmüş obyektlərin sayı təqribən 3 min 700-dür. www.anews.az