Cəbrayılda komendant postunu qanunsuz keçən şəxslər saxlanıldı

Noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan "Toyota” markalı avtomobilə saxla işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam edib.
Bu barədə anews.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























