• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu dəfn edilib - YENİLƏNİB
27.04.2021 19:25
Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Ələkbər Əlövsət oğlu Musayev dəfn edilib.
"Report”un Muğan bürosunun məlumatına görə, onun nəşi Cəlilabad rayonunun Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Ə.Musayev Cəlilabad rayonunun Vətən müharibəsində verdiyi 97-ci şəhiddir.
Xatırladaq ki, şəhidin atası cənazə həyətə gətirilən zaman qurban kəsib.
18:19
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.
"Report”un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.
Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.
14:44
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.
"Report”un xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.
Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Musayev iyunun 16-da 1999-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.
 
 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol