Mayın sonunadək azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

"Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!"
Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
O vurğulayıb ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunan hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib: "Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb. Son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























