• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq?

Bu şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq?
20.07.2021 22:26
Narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücülərin bu əməli sanki adi bir hal alıb. Son vaxtlar tez-tez rast gəlinən belə hallar sözün əsl mənasında həyacan təbili çalır.

Mütəmadi olaraq narkotikdən istifadə edib sükan arxasına əyləşən sürücülərlə bağlı xəbərlər veririk. Hətta reyd zamanı da xeyli sürücü etiraf edir ki, spirtli içki yox, narkotik maddə qəbul edib.

Qanunvericilikdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərlə, sərxoş halda idarə edənlərə tətbiq olunan cərimə eynidir. Ekspertlər bu məsələyə yenidən baxılmasını təklif edirlər.
Təkcə ötən gün Bakı-Şamaxı yolunda yol polisi narkotik və psixotrop maddənin təsiri altında bir neçə belə sürücünü aşkar edib.

Qeyd edək ki, avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücülərə tətbiq olunan cərimə, sərxoş halda idarə edən sürücülərə tətbiq olunan cərimə ilə eynidir. İnzibati Xətalar Məcəlləsinə görə, belə sürücülər 400 manat və beş cərimə balı, eləcə də nəqliyyat vasitələrini idarəetmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılıma ilə cəzalandırılırlar.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, alkoqollu içkilərdən istifadə edərək avtomobil idarə edən sürücülərlə narkotik maddələrdən istifadə edən sürücülərə tətbiq edilən cəzalar fərqli olmalıdır.

Xatırladaq ki, spirtli içki ilə müqayisədə narkotik maddə qəbul edən şəxs onun aludəçisinə çevrilir. Yəni bu o deməkdir ki, onu hər gün qəbul edir. Bu isə yol hərəkət iştrakçıları üçün potensial təhlükədən xəbər verir.

Ekspert hesab edir ki,belə halların qarşısı almaq üçün inzibati xətalar məcəlləsinə mütləq qaydada dəyişiklik olunmalıdır.(olke.az)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol