• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsindən müzakirələrə səbəb olan tortla bağlı - Açıqlama

Şəhid ailəsindən müzakirələrə səbəb olan tortla bağlı - Açıqlama
09.08.2021 18:37
Vətən müharibəsində şəhid olan leytenant Əliyev Samirin doğum günü məqsədilə keçirilən tədbirdə üzərində şəhidin fotosu olan tortun yer alması müzakirələrə səbəb olub. İddia olunub ki, üzərində şəhid fotosu olan tort Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanıb.

"Qafqazinfo" ilə əlaqə saxlayan şəhid Samir Əliyevin nənəsi Cəmilə Əlizadə bildirib ki, sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur:

"Bunu müzakirə edənlərə istəsələr, tortu sifariş verdiyimiz yerin əlaqə nömrəsini də verə bilərəm. Yaxşı olardı ki, gəlib şəhid nəvəmin adına salınmış parka baxsınlar. Əziz müəllim digər şəhid ailələrinə olduğu kimi, bizə də həm mənəvi, həm də maddi cəhətdən köməklik edir".

Məsələ ilə bağlı rayon icra başçısı Əziz Əzizovla da əlaqə saxladıq. Rayon rəhbəri də "Qafqazinfo"ya açıqlamasında müzakirələrə səbəb olan tortun şəhidin ailəsi tərəfindən hazırlandığını bildirib:

"Tortu ailə özü sifariş verib. Bizim işimiz Suraxanı RİH tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə parkın salınmasıdır.
 
Ümumilikdə Suraxanı rayonunda 53 şəhid var, Əliyevlər ailəsi də dəstək olduğumuz şəhid ailələrindən biridir. Ancaq təəssüflər olsun ki, bəzi şəxslər görülən işləri müsbət qiymətləndirmək əvəzinə, tənqid etmək üçün başqa məqamlar axtarırlar. Bəlkə də indiyədək bu ailədə 20 dəfə olmuşam. Samir anasının, nənəsinin yeganə övladı idi. Bizim məqsədimiz də bu ailələrə dəstək olmaq, onların yanında olduğumuzu bildirməkdir". 
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol