• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü televiziya əməkdaşı kimi təqdim edib, vətəndaşları şantaj edən şəxs saxlanıldı-FOTOLAR

Özünü televiziya əməkdaşı kimi təqdim edib, vətəndaşları şantaj edən şəxs saxlanıldı-FOTOLAR
02.09.2021 11:12
Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edib iaşə obyektlərində vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən anews.az-a bildirilib.
 
Məlumatda deyilib ki, barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib. 
Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi təqdim edib, maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib. 

Bundan başqa F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib.
Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb.  F.Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol