• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran Mənsimov Vətən Müharibəsindən danışdı - Video

Tehran Mənsimov Vətən Müharibəsindən danışdı - Video
07.10.2021 22:55
"Bir Azərbaycan zabiti olaraq demək istəyirəm ki, Azərbaycanın qazandığı qələbənin böyük payı Ali Baş Komandana düşür”.

"Qafqazinfo” xəbər verir ki, bunu polkovnik, Vıətən Müharibəsindəki xidmətlərinə görə "Azərbaycan Bayrağı” ordeni, "Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Tehran Mənsimov Vətən Müharibəsindən danışarkən deyib.

"Niyə? Çünki onun bizə inamı, bizim ona inamımız və o verib o əmri... O, əmr verməsəydi, bu olmazdı. Çünki biz əmrə tabeyik.

Hər kəs deyir, "mən qəhrəmanam”. Amma mən sizə deyim, ən böyük qəhrəman odur. Çünki o cəsarət, o inam onda var. O, bizə inanmasaydı, əmri verməzdi.

Eyni zamanda, şəhidlərin qanı ilə alınıb bu torpaqlar. Çox şükür ki, biz elə uşaqlar gördük, elə oğullar gördük, Vətən Müharibəsində elə oğullar şəhid verdik ki, onları dünyaya gətirən bütün anaların əllərindən öpürəm.

O analar, atalar, valideynlər üçün bu gün, həqiqətən, ağırdır. Hə, hər kəs deyə bilər bu ifadəni, "Vətən sağ olsun”. O qədər də rahat deyilir ki o ifadə...

Amma o valideyn bilir ki, dünyaya gətirdiyi övlad, boya-başa çatdırdığı. əmək sərf etdiyi övlad onun üçün kim idi. Necə onu bu dövlət, Vətən üçün hazırlayıb, ya zabit, ya əsgər kimi yola salıb. Haqqını halal edib.
O da əlindən gələni edib, bu Vətən yolunda şəhid olub. Onların haqqına heç kim girə bilməz. Girməməlidir.

Çox təəssüf ki, bu gün bizim içimizdə "mən-mən” deyənlər qalıb. "Mən aldım”, "Mən tutdum”, "Mən tarix yazdım”...
Cənab Ali Baş Komandan belə ifadəsində deyir ki, "Biz tarix yazdıq. Biz qələbə qazandıq”. O, "biz” deyəndə Azərbaycanı, Azərbaycan xalqını nəzərdə tutur. O, o qədər humanist insandır ki, elə adamları da bağışlayır. Çünki heç kim heç kimin haqqına girməməlidir”, - polkovnik bildirib.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol