NK: "Prezidentin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlanılıb"

Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Son xəbərlər 
Daha çox 






















