“Moskva atəşkəsin pozulmaması üçün əlindən gələni edir” - Zaxarova

"Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir”.
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son insidentlər oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə edilib”, - deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Baş Qərargahlar, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur.(qafqazinfo)
www.anews.az
Son xəbərlər 
Daha çox 























