• $
  • €
  • ₽
  • ₺
  • £

NAZİRLİK: Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirildi

NAZİRLİK: Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı müəssisəyə yerləşdirildi
04.11.2021 15:58
"Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.
M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir: "Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq".

 İmişli rayonunda 11 yaşlı ananın körpəsi həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi.
Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

On bir yaşlı uşaq və anası Sosial Xidmətlər Agentliyin müəssisəyə yerləşdirilib. A.N-nın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq noyabrın 2-də dünyasını dəyişib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol