• $
  • €
  • ₽
  • ₺
  • £

12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib - RƏSMİ

12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib - RƏSMİ
05.11.2021 11:07
2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 1650 şəxs bu xidmətlərlə əhatə olunub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən məlumat verilib. 
 
Məlumata görə, İkinci Qarabağ Mühribəsində xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 158 qazi  isə yüksək texnologiyalı 166 protezlə təmin olunub. O cümlədən,  908 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir. 
 
KİV nümayəndələrinin İkinci Qarabağı savaşı qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanışlığı məqsədilə Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib. Jurnalistlər mərkəzdə yaradılan şəraitlə və İkinci Qarabağ müharibəsi iştirakçılarına göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olacaq. 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi müharibə iştirakçılarının bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol