• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerçay” tərəfindən keçirilən lotereyanın qaliblərinə avtomobil təqdim olunub

“Azerçay” tərəfindən keçirilən lotereyanın qaliblərinə avtomobil təqdim olunub
17.12.2021 11:45
"Azerçay” markası tərəfindən təşkil edilən "Doğma çayınızdan qazandıran lotereya”nın ilk tirajının Sumqayıt şəhəri və İsmayıllı rayonundan olan qaliblərinə hədiyyələri təqdim olunub. Qalib kuponun sahibləri olan İsmayıllı rayon Cülyan kənd sakini Məmmədov Vüsal Raqub oğlu və Kürdəmir rayon Karrar kənd qeydiyyatında olan Sumqayıt şəhər H. Z. Tağıyev  qəsəbəsində yaşayan Nəcəfov Müşfiq Ağakişi oğluna Nissan X-Trail avtomobilləri çatdırılıb. Azərbaycanın ilk milli çay markası olan "Azerçay” istehlakçıları üçün stimullaşdırıcı lotereyasının onların həyatında dönüş nöqtələrindən olduğunu qeyd edən qaliblər canlı yayımda lotereyanın uduş fondundan Nissan X-Trail qazanan kuponun özlərinə aid kuponun olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu söyləyiblər. Ailələrinə yaşadılan bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şirkət əməkdaşları "Azerçay”-ın şanslı lotereyasında avtomobillərdən əlavə çoxlu sayda mobil avadanlıqlar və məişət texnikaları qazanan qalib kuponların sahiblərinə də hədiyyələrini təqdim etməyə başlayıblar. Növbəti həftə Bakı şəhəri və digər bölgələrdən olan qaliblər də hədiyyələrini alacaqlar.

15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçiriləcək stimullaşdırıcı lotereyada "Azerçay”ın 250 və 450 qramlıq "Buket”, "Klassik”, "Pekoe” və yeni çeşid "Gül Bağçası” məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. "İlin qazananı sən ol” lotereyasında iştirak etmək isə çox asandır. Bunun üçün qeyd olunan məhsulların qutularının qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcell nömrələrindən 8825-ə göndərmək və nəticələr elan olunana qədər qutunu saxlamaq lazımdır. Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın ikinci tirajı 2022-ci il 4 yanvar, üçüncü tirajı isə 1 fevral tarixlərində Azad Azərbaycan telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın nəticələri canlı yayımda, mətbu orqanlarda, sosial media platformalarında və dogmacay.az saytında elan ediləcək.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol