• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıqabulda qəza baş verib - Ölən və yaralılar var - YENİLƏNİB

Hacıqabulda qəza baş verib - Ölən və yaralılar var - YENİLƏNİB
01.01.2022 14:18
 Hacıqabul rayonunda zəncirvari qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə 10 nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. 

Belə ki, Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu hadisə yerində dünyasını dəyişib. 

Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğlu, Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, 1998-ci il təvəllüdlü Həsənova Pərvin Zeyfun qızı, 2017-ci il təvəllüdlü Məmmədəli Səyid Ramil oğlu, 2015-ci il təvəllüdlü Məmmədəli Fidan Ramil qızı, 2016-cı il təvəllüdlü Məmmədəli Elmira Ramil qızı, 1970-ciil təvəllüdlü Həsənova Rəqiyyə Abdulhəsən qızı, 2010-cu il təvəllüdlü Ələkbərov Hüseyn Elnur oğlu və 1993-cü il təvəllüdlü Həsənov Həsən Mehman oğlu xəsarət alıblar
 ---
 
Hacıqabul rayonunda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.


"Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər oğlu ölüb.


Hazırda 7 yaralının adları məlumdur, 6 nəfərin şəxsiyyəti isə dəqiqləşdirilir.


Bildirilib ki, körpünün üzərində "VAZ-2107” markalı avtomobil "Mercedes” markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Bu zaman avtomobillərdə olanlara kömək məqsədilə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Ələkbərov Cəlil Ələkbər maşınından düşüb. Bu zaman sürətlə hərəkətdə olan sərnişin avtobusu sözügedən avtomobillərə çırpılıb. Nəticədə 10 maşına ciddi ziyan dəyib. C.Ələkbərov isə hadisə yerində ölüb.


11:13
Hacıqabul rayonunda zəncirvari qəzada xəsarət alanların sayı 7 nəfərə çatıb.


"Report”un Aran bürosunun məlumatına görə, bunlar Sabirabad rayon sakinləri - 2007-ci il təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur.


11:13
Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var.


"Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Şirvan şəhəri ilə Hacıqabul rayonu ərazisinin kəsişdiyi körpüdə qeydə alınıb.


İlkin məlumata görə, zəncirvari qəza zamanı 20 maşın toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 4 nəfərin isə xəsarət aldığı bildirilir. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.




Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 13:49
AYNA: 203 nömrəli marşrutun avtobusları yenilənir
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Cəmiyyət 13:07
Nazir pensiya ilə bağlı deputatın iradına cavab verib
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Cəmiyyət 12:39
Deputat təklif edir ki, işləməyənlərə də dəfn pulu ödənilsin
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
Cəmiyyət 12:18
Azərbaycan qara kürü ixracını iki dəfə artırmağı hədəfləyir
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Cəmiyyət 11:57
"İkinci əl" avtomobil satışında yeni qaydalar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol